Zəlzələ qurbanlarının sayı 9-a çatdı 266 yaralı var

Zəlzələ qurbanlarının sayı 9-a çatdı 266 yaralı var

Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 266 nəfər yaralanıb, 62 nəfər isə itkin düşüb.

Xatırladaq ki, bundan öncə 6 nəfərin öldüyü, 260 nəfərin isə yaralandığı açıqlanmışdı.

Hadisə yerində axtarış xilasetmə tədbirləri davam etdirilir. Axtarışa hərbiçilər, xilasedicilər, təcili yardım briqadaları, polis və yanğınsöndürənlər cəlb olunublar.

Qeyd edək ki, Tayvanda güclü zəlzələ fevralın 6-da 6.5 bal gücündə baş verib. Yeraltı təkanın dərinliyi 11 kilometr olub. Hadisədən sonra Tayvan seysmoloqları 4.5 bal gücündə 5, 5.2 bal gücündə isə 2 afterşok qeydə alıblar. Seysmoloqlar bu müddət ərzində 100-dən artıq yeraltı təkanların baş verdiyini açıqlayıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə