Yol çökdü 7 ölü, 9 yaralı

Çində avtomobil yolunun çökməsi nəticəsində 7 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisənin nədən baş vermədi haqqında heç bir məlumat verilmir.

Son məlumatlara görə, gecə saatlarında baş verən hadisə nəticəsində 9 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb. 3 nəfər isə itkin düşüb.

Ölkənin hüququ mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Axtarış, xilasetmə əməliyyatları davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə