Ağdamda avtomobil 3 piyadanı vurub

Ağdamda avtomobil 3 piyadanı vurub

Ağdamda ağır yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə İmanqulubəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil 3 piyadanı vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın təfərrüatları, yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə