Şəkidə yol qəzası törədən 21 yaşlı gənc xəstəxanada ölüb

Şəkidə yol qəzası törədən 21 yaşlı gənc xəstəxanada ölüb

Şəkidə maşını ağaca vuran 21 yaşlı gənc xəstəxanada ölüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Köbər Zəyzid kənd sakini, 1997-ci il təvəllüdlü Tamerlan Nurəddin oğlu Sofibəyov bu gün günorta saatlarında Şəki Mərkəzi Xəstəxanasının (MRX) reanimasiya şöbəsində ölüb.

T. Sofibəyov gecə saat 04.00 radələrində idarə etdiyi "VAZ 21074" markalı, 10 NT 892 dövlət nömrə nişanlı minik avtomobili ilə yaşadığı kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə