Oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 4-dək olan müddətdə şəhər sakini olan 6 nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə “VAZ-21041” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov saxlanılıb.

Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayından cari il yanvarın 21-dək olan müddətdə rayon ərazisində 5 evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları, habelə 3 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanılıb.

Ötən ilin dekabrından cari il fevralın 1-dək olan müddətdə 5 mağazadan pul, noutbuk, tütün məmulatı, spirtli içki, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Muraz Əzizov və Rövşən Nağıyev isə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə