Hacıqabulda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən silah-sursat götürülüb

Hacıqabulda narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən silah-sursat götürülüb

Hacıqabulda narkotik maddənin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan şəxsin evindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Rəhman Xanəliyevin ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Muğan qəsəbəsindəki evinə baxış keçirilib.

Baxış zamanı lüləsi və qundağı kəsilmiş, nömrəsiz ov tüfəngi və patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə