Ölkədə cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Ölkədə cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə