Bakıda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radiozavod”da partlayış baş verib. APA-nın xəbərinə görə, partlayış yanğınla müşahidə olunub. Hadisə "Radiozavod"un ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib. Partlayış səsi ətraf ərazilərdən eşidilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB