Erməni əsilli gənc həbs edilib

ABŞ-ın Qlendeyla şəhərinin erməni əsilli 23 yaşlı sakini Qaspar Xaçaturyan son 5 ayda Los-Ancelesdə mobil telefon mağazalarında azı 5 qarətdə iştirak etməkdə şübhəli bilinərək tutulub. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Kaliforniyanın hüquq-mühafizəçiləri ştatın cənubunda silahlı qarətdə şübhəli bilinən 4 nəfərdən ibarət qrupu tutublar. Onların arasında Q.Xaçaturyan da var.

Polis bildirib ki, ötən həftə əvvəlkilərlə əlaqəli olan 6-cı qarət baş verib. Cinayətkalar ilk növbədə cib telefonlarını oğurlayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə