Ölkədə cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Ölkədə cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Qeyd edək ki, cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə