50 yaşlı kişi narkotikaya görə tutulub

50 yaşlı kişi narkotikaya görə tutulub

Beyləqanda üzərində narkotik vasitə daşıyan 50 yaşlı kişi saxlanılıb. APA-nın Qarabağ müxbirinin Beyləqan Rayon Polis Şöbəsindən əldə etdiyi məlumata görə, rayon sakini Qarayev İlham Atakişi oğlu saxlanılan zaman üzərindən 3 kibrit qutusu marixuna aşkarlanıb.

Hüquq mühafizəçiləri İ.Qarayevin narkotik vasitələrinin alqı-satqısı ilə məşğul olub olmadığını araşdırır. Faktla bağla cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə