Tatarıstanda qeyri-sabit hava şəraiti nəticəsində 36 yaşayış məntəqəsində enerji təchizatı kəsilib. SİA-nın xəbərinə görə, bu barədə Rusiyanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, güclü külək və sulu qarın yağması elektrik naqillərində kütləvi qəzalar səbəb olub. Qəzalar nəticəsində 36 yaşayış məntəqəsininin elektrik enerjisi kəsilib, 5 min 200 nəfər işıqsız qalıb.
Problemin aradan qaldırılması üçün hadisə yerinə 41 nəfərdən ibarət 28 birqada və 35 lazımi avadanlıq cəlb olunub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB