“Zeytun budağı” əməliyyatında 897 terrorçu məhv edilib

“Zeytun budağı” əməliyyatında 897 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində 897 terrorçu məhv edilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərərgahı məlumat yayıb.

Məlumata əsasən, son sutkada ərzində İŞİD və PYD terror qruplaşmalarına aid sığınacaqlar, mövqelər və silah-sursat anbarları daxil olmaqla 15 hədəf məhv edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə