Bakıda mənzildə 88 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildə 88 yaşlı qadının meyiti tapılıb

Paytaxtda mənzildə 88 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü Salamaşvili Lila Xalimovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə