Paytaxtda yaşayış binasındakı yanğında 2 nəfər tüstüdən zəhərlənib

Paytaxtda yaşayış binasındakı yanğında 2 nəfər tüstüdən zəhərlənib

Paytaxtın Nərimanov rayonunda yaşayış binasında yanğında olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə