Yevlaxda yanğın hadisəsi olub

Yevlaxda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Yevlax şəhərində ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsinin tavanı və çardağı 130 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə