Mingəçevirdə 2 otaqlı ev yanıb

Mingəçevir şəhərində ümumi sahəsi 50 kv.m olan, birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə