Gəncə prospektində ağır qəza FOTOLAR

Gəncə prospektində ağır qəza FOTOLAR

Bu gün saat 21:06 radələrində Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 NE 816 dövlət nömrə nişanlı Hunday markalı avtomobil Gəncə prospektində, Sərhəd Xidməti Akademiyasının qarşısında işıq dirəyinə çırpılıb.

Nəticədə maşın alovlanıb. Hadisə yerinə çağrılan yanğınsöndürmə xidmətinin maşınları qəza törədən avtomobili tam olaraq yanmaqdan xilas edə biliblər. Buna baxmayaraq Hunday markalı avtomobilə ciddi ziyan dəyib. Sürücü möcüzə nəticəsində yanmaqdan qurtula bilib.

Sürücünün dediyinə görə, qəzaya digər maşının dönmə əməliyyatını düzgün etmədiyi səbəb olub. Hadisəni polis araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə