Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin saytında yerləşdirilən xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonu, Bəydili kəndində “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarında olan ağaca çırpılıb. Nəticədə yük avtomobilində olan sərnişin sıxılmış vəziyyətdə qalıb. Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşı nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB