Tailandda 17 nəfər selin qurbanına çevrilib

Tailandda 17 nəfər selin qurbanına çevrilib

Tailandda son beş gündə baş vermiş daşqınlar nəticəsində 17 nəfər həlak olub, milyondan çox sakin zərər çəkib. SİA-nın məlumatına görə, ölkənin fövqəladə hallar xəbərdarlıq departamentindən bildiriblər ki, bəzi yerlərdə suyun səviyyəsi 1,5 metrədək qalxıb. Bununla əlaqədar kəskin yoluxucu xəstəliklərin yayılma təhlükəsi barədə narahatlıq bildirilib. Loppburi və Nakhon Patçasima əyalətləri təbii fəlakətdən daha çox zərər çəkib. Bu regionlardan bütün sakinlər müvəqqəti sığınacaq yerlərinə köçürülüblər.

Ölkənin şimalında daşqınlar səbəbindən düyü məhsulunun məhv olduğu barədə məlumat verilib. Fəlakətdən dəyən ziyan təxminən 2 milyard dollara bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə