ANAMA təmizləmə əməliyyatları həyata keçirib

ANAMA təmizləmə əməliyyatları həyata keçirib

Xızı rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə keçirdiyi təmizləmə əməliyyatları həyata keçirib.

ANAMA-dan SİA-ya verilən məlumata görə, yanvarın 26-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (PHS), 38 ədəd partlamış-yanmış mərmi qalıqları və 425 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 819 000 kv.m (81.90 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 119 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 25 614 ədəd partlamamış hərbi sursat (PHS), 19 128 ədəd partlamış-yanmış sursat qalıqları və 103 019 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 92 825 706 kv.m (9 283 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə