Gimnaziyada zəhərlənənlərin sayı 80 nəfərə çatıb

Gimnaziyada zəhərlənənlərin sayı 80 nəfərə çatıb

Rusiyanın Xabarovsk şəhərində 3 saylı gimnaziyada oxuyan 80 şagirddə bağırsaq infeksiyası müəyyən edilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisədən sonra məktəb 5 günlük karantinə bağlanıb və hadisə ilə bağlı cinayət işi açılıb.

Hüquqların qorunması sahəsində Federal Təftiş Xidmətinin rəhbəri Tatyana Zayçevin sözlərinə görə, bütün həkimlər xəsətlərin müalicəsinə cəlb edilib: "Vəziyyət tez-tez dəyişir. Biz hazırda 80 xəstə haqqında danışa bilərik".

O əlavə edib ki, zərərçəkənlər arasında müxtəlif yaş qrupuna aid uşaqlar var: "Onlardan 3 nəfəri hospitallaşdırılıb. Müraciət edənlərdən biri müəllimədir. Həkimlərin söylədiyinə görə, xəstələrin vəziyyəti orta ağırdır".

Xidmət rəhbəri sözügedən məktəbdə dezinfeksiya işlərinin getdiyini bildirib. .

Qurum işçiləri iki hüquqi şəxsə - gimnaziyanın işçi və şagirləri üçün yemək təşkil edən müəssisəyə qarşı epidemioloji araşdırma aparırlar.

Bundan öncə xidmətin saytında gimnaziyanın mətbəxində sanitar-gigiyena qaydalarına dair tələblərin pozulduğu qeyd olunurdu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə