Bu gün paytaxtın Dilarə Əliyeva küçəsində, metronun “28 may” stansiyasının yaxınlığındakı yaşayış binasının birinci mərtəbəsində güclü partlayış baş verib. SİA-nın verdiyi məlumata görə, partlayış yanğınla müşahidə olunub.
Hadisə nəticəsində binanın gözətçisi xəsarət alıb. O, dərhal xəstəxanaya aparılıb.
İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub. Binanın enerji təchizatı dayandırılıb, sakinlər təxliyyə edilib. FHN və polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə zamanı binanın birinci mərtəbəsində yerləşən obyektlərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB