Pakistanda baş verən partlayış altı əsgərin həyatına son qoyub

Pakistanda baş verən partlayış altı əsgərin həyatına son qoyub

Bu gün Pakistanın şimal-qərbində yol kənarında bomba partlayışı nəticəsində altı əsgər həlak olub və ən azı iki nəfər yaralanıb. SİA-nın məlumatına görə, rəsmilər bildiriblər ki, partlayış Orakzay tayfasının yaşadığı regionda sərhədçilərin maşınını dağıdıb.

Qeyd edək ki, iyun ayından Pakistan hərbi qüvvələrinin taliban yaraqlılarına qarşı genişmiqyaslı hücumları bu regiondan başlayıb. Bölgədə hərbi əməliyyatlar hələ də davam edir. Bundan başqa ölkənin şimal-qərbində məsciddə törədilən terror aktı azı iki nəfərin həlak olmasına və 11 nəfərin yaralanmasına səbəb olub. Hadisə məsciddə cümə namazından sonra baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə