Tanınmış opera müğənnisi avtomobil qəzasına düşüb

Tanınmış opera müğənnisi avtomobil qəzasına düşüb

Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın xalq artisti, dünya şöhrətli həmyerlimiz Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya Moskvada avtomobil qəzasına düşüb.

SİA-nın məlumatına görə, oktyabrın 21-də Moskvanın Tver küçəsində T.Sinyavskayanın olduğu avtomaşın digər avtomobillə toqquşub. Hadisə nəticəsində Tamara Sinyavskayanın qabırğası sınıb və hazırda o, müalicə olunur.

Xatırladaq ki, Müslam Maqomayev adına beynəlxalq müsabiqə oktybarın 23-25-də keçiriləcəkdir. Təşkilatçılar münsiflər heyətinin üzvü olan Tamara xanımın müsabiqədə iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə