Cənubi Koreyada yanğında ölənlərin sayı 41-ə çatıb

Cənubi Koreyada yanğında ölənlərin sayı 41-ə çatıb

Cənubi Koreyada baş verən yanğın nəticəsində ölənlərin sayı artmaqdadır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə qurbanlarının sayı 41-ə çatıb. 79 nəfər müxtəlif xəsarətlər alıb.

Belə ki, yanğın Gyeongsang-Namdo vilayətinin Milian şəhərində Sejong Xəstəxanasının birinci mərtəbəsində baş verib. Yanğını iki saat müddətində söndürmək mümkün olmayıb. 5 mərtəbəli xəstəxanada 111 xəstə olub.

Ölkə prezidenti Mun Çje İn təcili toplantı çağırıaraq bu cür faciələrin qarşısının alınması istiqamətində tədbirlərin görülməsini tələb edib.

Xatırladaq ki, 2017-ci ilin dekabrın 21-də də Koreyanın mərkəzində güclü yanğın hadisəsi baş vermişdi. 8 mərtəbəli binanın qarajında baş verən yanğının 29 nəfər ölmüş, 29 nəfər yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə