Cəlilabadda mağazalardan oğurluq edən şəxslər tutulub

Cəlilabadda mağazalardan oğurluq edən şəxslər tutulub

Cəlilabad rayonunda sakinlərə məxsus mağazalardan oğurluq edən şəxslər saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, rayon sakini İlqar Muradov ona məxsus dükandan oğurluq edilməsi ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib. İ.Muradovun müraciətinə əsasən keçirilən əməliyyat zamanı onun mağazasından oğurluq edən şəxslər oğurluq zamanı tutulub . Günəşli kənd sakinləri olan Murad Əhmədov, İsmayıl Quliyev və Rauf Quliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalar zamanı oğurluq əməli törədən şəxslərin İlqar Muradovdan başqa, daha 30-a yaxın sakinə maddi zərər vurduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə