Qəza törədib hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının şəhər sakini Sara Hüseynova olması, həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən qaçan sürücü, şəhər sakini Mahir Mirzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB