Bakıda ev yanıb 2 nəfər xilas edilib

Bakıda ev yanıb 2 nəfər xilas edilib

Bakı şəhərində ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın baş verib.

SİA-ya FHN-in saytına istinadən verdiyi məlumata əsasən, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yanıb.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə