3 nəfər eyni adlı şəxs bıçaqlandı

3 nəfər eyni adlı şəxs bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şəmkir rayon sakinləri Orxan Rüstəmov, Orxan Rzazadə və Orxan Məmmədov kəsilmiş, deşilmiş yara xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafidir.

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Azər Məmmədov, Nicat Mustafayev, İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılıb. Araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə