Qanunsuz silahlar müsadirə olunub

Daxili İşlər Orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kürqarabucaq kəndində yaşayan Absalam Mustafayevin evinə baxış keçirilib və oradan müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Bulaqlı kənd sakini olan 4 nəfərdən ümumilikdə 4 ədəd - 2 “TOZ”, 1 “İJ” və 1 “Simson” markalı tüfənglər götürüblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən isə Qobustan qəsəbəsinin ərazisində “Beretta” markalı tapança, 1 patron darağı və 3 ədəd patron tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə