Bakıda 2 avtomobil yanıb

Bakı şəhəri, Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqda olan "QAZ" markalı yük avtomobilinin kuzasının taxta üzlüyü qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə