Lənkəran şəhərində bədbəxt hadisə baş verib. Lənkəran rayon prokurorunun köməkçisi Rəşad Tanrıverdinin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə oktyabrın 20-də saat 14.00 radələrində Bakı-Astara dəmir yolunun Lənkəran şəhərinin Kiçik Bazar yaxınlığındakı hissəsində qeydə alınıb.
Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 82 ünvanında yaşayan 1955-ci il təvəllüdlü Üzeyir İsaq oğlu Məmmədovu yük qatarı vurub. Ü.Məmmədov ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun alkoqollu içki aludəçisi olduğu bildirilir.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB