Tacikistanda təhlükəsizlik əməliyyatları zamanı 12 yaraqlı öldürülüb

Tacikistanda təhlükəsizlik əməliyyatları zamanı 12 yaraqlı öldürülüb
Tacikistanın daxili işlər naziri təhlükəsizlik əməliyyatları zamanı hökumət qüvvələri tərəfindən 12 yaraqlının öldürüldüyünü bildirib. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, Əbdurrəhim Qahorovun dediyinə görə, əməliyyat nəticəsində 3 zabit həlak olub, bir necəsi isə yaralanıb. Rəşt vilayətində əməliyyat ötən ay 28 əsgərin ölümü ilə nəticələnən hücumdan sonra həyata keçirilib. Hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan Özbəkistan İslam Hərəkatı üzərinə alıb. Tacikistanın daxili işlər naziri bildirib ki, bu hərəkatın 7 üzvü daxil edilməklə, bu il ərzində terrorizmdə ittiham edilən 17 adam nəzarət altına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə