Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Həmçinin, psixotrop tərkibli 2000 ədəd “Metadon” və 210 ədəd “Preqabalin” həb və kapsulaları da aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB