Afinanın Kallifeya rayonunda qocalar evində baş verən yanğın nəticəsində 2 qadın həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın binanın zirzəmisində başlayıb. Yanğının sondürülməsi üçün 24 yanğınsöndürmə qrupu cəlb edilib. Yaşlı insanlar binadan təxliyə edilib. Hadisə nəticəsidə binanın zirzəmisində yatan iki qadın həyatını itirib. Bir nəfər isə hospitallaşdırılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə