Tacikistanın paytaxtı Düşənbədən 100 kilometr aralıda 5 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkan bu gün səhər saatlarında 51 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ Düşənbənin şimal-şərqində Rəşt vadisində baş verdiyi üçün yeraltı təkan paytaxtda 3 bal gücündə hiss olunub. Hazırda qurbanlar və dağıntı haqqında heç bir məlumat yoxdur.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə