Bakıda üç avtomobil toqquşub

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində Heydər Əliyev Mərkəzinin qarşısında olub.

Aeroport yolu istiqamətində hərəkətdə olan üç minik avtomobili toqquşub. Avtomobillərə ziyan dəyib. Ölən və xəsarət alan yoxdur. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə