Ağstafada iki avtomobil toqquşub

Ağstafa rayonunda iki avtomobil toqquşub. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Eynallı kəndinə gedən yolda qeydə alınıb. “VAZ 2106” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində birinci maşında olan Qırlı kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanov Xəzər Alim oğlu və onun qohumu 1988-ci il təvəllüdlü Qurbanov Fərxan Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə