Salyanda yanğın olub

Salyan rayonunda 5 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Seyidsadıqlı kəndində ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə