Sunami təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Sunami təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

Karib dənizinin Honduras sahillərində 7.6 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Tədqiqat xidməti açıqlayıb.

Yeraltı təkan gecə saatlarında qeydə alınıb. Zəlzələnin episentri Hondurasın Barra-Patuka kəndindən 202 kilometr şimalda, 33 kilometr dərinliyinə qeydə alınıb. Yeraltı təkanlar Hondurasın böyük hissəsində, Meksikanın cənubunda hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və həlak olanlar haqqında məlumat yoxdur.

Güclü zəlzələdən sonra Honduras hökuməti 12 saat müddətində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə