Qatarlar toqquşdu 200 nəfər yaralandı

Qatarlar toqquşdu 200 nəfər yaralandı

Cənubi Afrikanın paytaxtı Yohannesburq yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 200 nəfər yaxın şəxs müxtəlif xəsarətlər alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 30 nəfər zərərçəkdiyi bildirilirdi.

Hadisə Cermiston şəhərində baş verib. Cənubi Afrikanın Times qəzetinin xəbərinə görə, Geldenhuis stansiyasına gələn qatar platformada gözləyən qatara dəyib. Hər iki qatar Sprinq şəhərinə gedirdi. Hazırda hadisı yerinə təcili yardım briqadaları cəlb olunub. İlkin məlumatlara görə, ölən yoxdur

Məlumat üçün nıəzərinizə çatdıraq ki, bu, son günlər Cənubi Afrikada baş verən ikinci dəmiryolu hadisəsidir. belə k yanvarın 4-də qatarla yük maşını toqquşmuşdu. Hadisə nəticəsində 19 nəfər ölüb, 200 nəfər isə yaralanmışdı

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə