Bakıda marşrut avtobusu yolu keçən piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 8-də saat 07:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı, 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB