Bağdadda törədilən partlayışda on iki iranlı zəvvar yaralanıb

Bağdadda törədilən partlayışda on iki iranlı zəvvar yaralanıb
Oktyabrın 19-da səhər saatlarında Bağdadın əl-Nəsir meydanında quraşdırılmış partlayıcının işə düşməsi on iki iranlı zəvvarın yaralanmasına səbəb olub. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, zəvvarlar meydanın kənarında yerləşən hotelin qarşısında avtobus gözləyirmişlər. Yaralananlardan dördünün qadın olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə