Miqrantları daşıyan qayıq batdı 64 ölü

Miqrantları daşıyan qayıq batdı 64 ölü

Ötən həftənin şənbə günü Liviya sahillərində miqrantları aparan qayığın batması nəticəsində qurbanların sayı 64 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Giacomo bildirib.

Bundan əvvəl İtaliyanın sahil təhlükəsizliyi xidməti qəzadan sonra 8 nəfərin cəsədinin tapıldığını açıqlamışdı.

"Şənbə günü gəmi qəzası nəticəsində 64 miqrant həyatını itirib. Sağ qalanlara görə ... gəmi yola düşərkən, rezin qayıqda 150 miqrant olub. 86 nəfər sağ qalıb"- deyə, Giacomo əlavə edib

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə