Saxlanılan şəxsin əməlləri məlum olub

Saxlanılan şəxsin əməlləri məlum olub

Sumqayıtda oğurluğa görə saxlanılan şəxsin digər əməlləri məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Zaur Suleykinin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun bir evdən 5 000 ABŞ dolları, 3 000 rubl və 84 manat, daha bir evdən isə 400 manat pul və 600 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə