Partlayış 4 polisin ölümünə səbəb oldu

Partlayış 4 polisin ölümünə səbəb oldu

Hindistanın Camma və Kaşmir ştatlarında baş verən partlayış nəticəsində 4 polis həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hadisə Sopor bazarında baş verib. Hadisə yerində araşdırmalar aparılır. Hadislə ilə bağlı məlumatlar ştat polisinin "Twitter" səhifəsində yerləşdirilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 1947-ci ildə İngilis Hindistanın dağılmasından sonra Hindistan və Pakistanda üç müharibə baş verib. Bu günə qədər iki ölkənin orduları mübahisəli Keşmirdə bir nəzarət xəttinə sahibdirlər, lakin bu, qanuni olaraq tanınmış sərhəd deyil.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə