Kürdə batan şəxsin meyiti tapılıb

Kürdə batan şəxsin meyiti tapılıb

Kürdə batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 4 yanvar 2018-ci il tarixində 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. Yanvarın 5-də A.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 200 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə