Sumqayıtda yanğın baş verib

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə