Şəmkir rayonunda intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Aygün Hüseynova yaşadığı evdə özünü asaraq intihar edib. A. Hüseynovanın 3 azyaşlı övladı var.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Məlumata görə, Hüseynovlar ailəsinin maddi durumu həddən artıq ağırdır. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB